Dövlət-Özəl
Tərəfdaşlığı (DÖT)
Azərbaycanda DÖT layihələrinin hazırlanması, strukturlaşdırılması və idarə olunması üzrə ixtisaslaşmış məsləhət və təlim mərkəzidir.
Dövlət-Özəl Tərəfdaşlıq layihələri üzrə məsləhət xidmətləri
Dövlət və özəl sektorun tərəfdaşlıq əsasında həyata keçirdiyi DÖT layihələrinin planlaşdırılması, hazırlanması və idarə olunması proseslərində tərəflərə metodoloji əsaslı və institusional dəstək təqdim edirik.
Dövlət Sektoru Üçün Xidmətlərimiz
Dövlət qurumları, bələdiyyələr və ictimai sektor təşkilatları üçün təqdim etdiyimiz əsas xidmət istiqamətləri:
DÖT çərçivəsində investisiya potensialına malik layihələr müəyyən edilir, layihə ideyası formalaşdırılır, texniki mümkünlük, institusional uyğunluq və həyata keçirilməsinin məqsədəuyğunluğu qiymətləndirilir.
DÖT layihələri üçün texniki-iqtisadi əsaslandırmaların, investisiya layihələrinin və xərclər-faydalar təhlilinin hazırlanması; beynəlxalq inkişaf banklarının metodoloji tələblərinə uyğun yanaşmalar tətbiq olunur.
Gələn təkliflərin texniki, maliyyə və hüquqi baxımdan qiymətləndirilməsi prosesində metodoloji dəstək, danışıqların aparılması və maliyyə bağlanışı mərhələsində nümayəndəlik xidmətlərinin göstərilməsi.
DÖT əməliyyatının strukturu — ödəniş mexanizmləri, maliyyə axınları, təminatlar, müqavilə müddəti — layihənin xüsusiyyətləri nəzərə alınmaqla modelləşdirilir. Tərəflərin hüquq, öhdəlik və risk bölgüsü müəyyənləşdirilir.
Tender şərtləri, qiymətləndirmə meyarları və tender sənədləri hazırlanır. Maliyyə modeli qurulur, gəlir və xərclər proqnozlaşdırılır, maliyyə dayanıqlılığı qiymətləndirilir.
DÖT layihəsinin icrasında müqavilə öhdəliklərinin icrası üzərində nəzarət çərçivələrinin formalaşdırılması və institusional inkişafa dair tövsiyələrin verilməsi.
Özəl Sektor Üçün Xidmətlərimiz
Özəl investorlar, podratçılar və konsorsiumlar üçün təqdim etdiyimiz əsas xidmətlər:
Tender sənədlərinin (RFP, RFQ) təhlili, maliyyə, vergi, hüquqi risklərin müəyyənləşdirilməsi, gəlir–xərc proqnozları, borc/kapital strukturu və həssaslıq analizləri daxil olmaqla maliyyə modellərinin qurulması.
Müraciətlərin hazırlanmasından tutmuş müqavilənin bağlanması və maliyyə bağlanışına qədər bütün mərhələlərdə metodoloji nəzarətin təmin edilməsi və qiymətləndirmə çərçivələrinin formalaşdırılması.
Potensial maliyyələşdirici institutlarla danışıqlarda dəstək, niyyət məktubları və maliyyələşdirmə müqavilələrinin təhlili, optimal maliyyə strukturu üçün tövsiyələrin hazırlanması.
Özəl sektor tərəfindən irəli sürülən DÖT layihələrinin konsept sənədlərinin hazırlanması, dövlət tərəfi ilə ilkin müzakirələrdə dəstək və təqdimatlar üçün məzmun formalaşdırılması.
Sonuncu xəbərlər
-

30 İllik Müqavilələr – Risklidirmi?
Dövlət–Özəl Tərəfdaşlığı (DÖT) layihələrinin ən çox müzakirə olunan aspektlərindən biri müqavilə müddətinin uzunluğudur. Bu müqavilələr adətən 20, 25, bəzən isə […]
-

PMO.AZ İstanbulda – 10-cu Istanbul PPP Week 🇹🇷🌍
PMO.AZ olaraq 2 fevral tarixində İstanbul şəhərində keçirilən 10-cu Istanbul PPP Week beynəlxalq tədbirində iştirak etdik. Tədbir dövlət qurumları, beynəlxalq təşkilatlar […]
-

DÖVLƏT-ÖZƏL TƏRƏFDAŞLIĞI ÜZRƏ TƏLİM PROQRAMINA QEYDİYYAT AÇILDI
Qlobal səviyyədə tanınan Dövlət-Özəl Tərəfdaşlığı (DÖT/PPP) üzrə peşəkar olmağa ilk addımı atmağa hazırsınızmı? PMO.AZ – Layihə Düşüncə Məktəbi olaraq Azərbaycanda […]
